ABŞ
Tehrandan Vaşinqtona xəbərdarlıq: 2 trilyon dollarlıq infrastruktur hədəfdə
İran ABŞ-ın ölkəyə növbəti hücumu olacağı təqdirdə, regiondakı Amerika texnoloji infrastrukturunun hədəfə çevrilə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.
Onun sözlərinə görə, regionda yerləşən ABŞ-a məxsus sualtı kabellər, məlumat mərkəzləri və süni intellekt infrastrukturu da daxil olmaqla texnoloji obyektlərin ümumi dəyəri 2 trilyon dollardan çoxdur.
Rzayi bildirib ki, sözügedən obyektlər hazırda hədəf siyahısına daxil edilməyib. Lakin onun sözlərinə görə, hərbi qarşıdurmanın yenidən başlaması halında Tehran daha genişmiqyaslı tədbirlər görə bilər.
İran rəsmisi əlavə hərbi qüvvələrin yerləşdirilməsinə hazır olduqlarını da qeyd edib. O vurğulayıb ki, münaqişənin nəticəsi İranın müqavimətindən asılı olacaq.
-
İdman19:20"Sabah"a 2 qol vuran Qordon həftənin oyunçusu seçildi
-
İKT18:36“Aztelekom”dan internet sürəti ilə bağlı açıqlama
-
Sosial18:15Sarvan Cəfərova Prezident Administrasiyasında yüksək vəzifə verildi - FOTO
-
Hadisə17:01Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı
-
Nida Xəbər 16:34TRIPP layihəsi Moskvanın hədəfinə xələl gətirdi: Rusiya nə planlaşdırır?
-
Region16:28Paşinyandan Rusiyaya mesaj: Sərhədlərimizi özümüz qorumalıyıq
-
Cənubi Qafqaz15:55İrəvanda bu ermənilərin posportuna “Azərbaycan” yazıldı: Artıq dəyişməyəcək
-
Region14:22Müstəqilliyimizdən bəri ən böyük layihədir - Paşinyan Zəngəzur dəhlizi haqda

























.jpg)












