Azərbaycanlı milyarderin qurduğu biznes ABŞ konsorsiumuna satılır - 10 milyard dollarlıq razılaşma
Bizi izləyin

Ekopublika.az

Azərbaycanlı milyarderin qurduğu biznes ABŞ konsorsiumuna satılır - 10 milyard dollarlıq razılaşma

Azərbaycanlı milyarderin qurduğu biznes ABŞ konsorsiumuna satılır - 10 milyard dollarlıq razılaşma

Azərbaycanlı milyarder Vahid Ələkbərovun təsis etdiyi Rusiyanın “LUKOIL” şirkəti beynəlxalq aktivlərinin satışı ilə bağlı ABŞ milyarderi Todd Boelinin rəhbərlik etdiyi konsorsiumla razılaşma imzalayıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, konsorsiuma ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyası (DFC) da daxildir.

Razılaşmaya əsasən, 10 milyard dollar dəyərində “LUKOIL” qiymətli kağızları şirkətin beynəlxalq aktivləri ilə dəyişdiriləcək. Sövdələşmə bir ildən artıq davam edən danışıqlardan sonra əldə olunub.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin oktyabrında “LUKOIL”a qarşı sanksiyalar tətbiq edib. Buna görə də sövdələşmə ABŞ tərəfinin təsdiqindən asılıdır. Maliyyə Nazirliyi razılaşmanı milli təhlükəsizlik maraqları və sanksiya tələbləri baxımından nəzərdən keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm