Kim Çen In nüvə silahları ilə çəkdirdiyi fotolarla dünyanı şoka saldı - FOTO
Bizi izləyin

Dünya

Kim Çen In nüvə silahları ilə çəkdirdiyi fotolarla dünyanı şoka saldı - FOTO

Kim Çen In nüvə silahları ilə çəkdirdiyi fotolarla dünyanı şoka saldı - FOTO

Şimali Koreya mətbuatı ölkə lideri Kim Çen Inın nüvə silahlarının istehsal olunduğu sexlərə səfəri zamanı çəkilmiş fotoları yayımlayıb.

Publika.az "Hərbi məlumatlandırıcı" "Telegram" kanalıma istinadla xəbər verir ki, bu fotolar artıq sensasiyaya çevrilib.

Fotolar böyük rezonans doğurub. Belə ki, həmin fotolarda uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqalar, eləcə də əvvəllər mövcudluğu məlum olmayan Şimali Koreya nüvə reaktorlarının komponent və hissələrinə bənzəyən bəzi obyektlər yaxın plandan nümayiş etdirilib.

Bundan əlavə, bir neçə fotoda “bulanıqlaşdırılmış” nüvə və termonüvə döyüş başlıqlarının nümunələri əks olunub.

"Bloomberg" agentliyi Kim Çen Inın Ağ Evin rəhbəri Donald Trampla görüşdən imtina etdikdən sonra atom döyüş başlıqlarına və bombalar üçün parçalanan material istehsal edən zavoda baxış keçirmək qərarına gəldiyini bildirmişdi.

ABŞ-ın mövqeyi ilə bağlı son açıqlamalarında Şimali Koreya lideri Seulun atom sualtı qayığı əldə etmək istəyini Vaşinqtonun dəstəklədiyini iddia edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm