Ağ Evdə İran liderlərini məhv etmək planı cızılır - Son söz Trampındır
Bizi izləyin

ABŞ

Ağ Evdə İran liderlərini məhv etmək planı cızılır - Son söz Trampındır

Ağ Evdə İran liderlərini məhv etmək planı cızılır - Son söz Trampındır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Tehranla münaqişəyə son qoymaq və rejim daxilində “sərt xətt tərəfdarları” adlandırılan şəxsləri hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə İranın yüksəkvəzifəli rəhbərlərinə zərbə endirilməsi ideyasını nəzərdən keçirir.

Publika.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

“Təklifi dəstəkləyən administrasiya rəsmiləri hesab edirlər ki, bu addım Prezident Donald Trampa müharibəyə son qoymağa imkan verə bilər. Təklifin əleyhinə çıxan rəsmilər isə bildiriblər ki, bu, hakimiyyətdə qalan iranlıları daha da israrlı olmağa sövq edə və müharibənin dayandırılması ilə bağlı gələcək danışıqlarda ABŞ-a olan etimadı sarsıda bilər”, - deyə nəşrdə bildirilir.

Yekun qərar hələ qəbul edilməyib. Bu qərar Trampdan asılı olacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm