
Sənətçilərimiz Moskvada “Teatrın təməlində musiqi” festivalına qatılıb.
Publika.az xəbər verir ki, Vsevolod Meyerxold adına Mərkəzdə keçirilən festival çərçivəsində “Məhəbbət hekayəsi” adlı konsert-tamaşa nümayiş olunub. Konsert-tamaşada Rusiyanın görkəmli musiqiçiləri ilə yanaşı, Azərbaycanın əməkdar artistləri - vokalçı Fəridə Məmmədova və pianoçu Gülşən Ənnağıyeva də çıxış edib.
Qeyd edək ki, onlar festivala Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılıb.
Cəvahir