“Yuğ”u köçürdülər
Bizi izləyin

Art

“Yuğ”u köçürdülər

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Yuğ” Dövlət Teatrının kollektivi və Kukla Teatrının rəhbər işçilərinin iştirakı ilə toplantı keçirib.

Publika.az xəbər verir ki, toplantı zamanı nazir müavini Ə.Vəliyev kollektiv üzvlərinə məsəlinin mahiyyətini bütün təfsilatı ilə açıqlayıb, yaradıcı heyəti teatrın bundan sonrakı fəaliyyəti ilə bağlı narahat edən və gündəmdə olan suallara cavab verib.

Görüşdə tamaşaların hazırlanması və istismarı prosesində ortaya çıxacaq bütün məsələlər ətraflı müzakirə olunub. Teatrın kollektivi son vaxtlar onları narahat edən məsələlərə tam aydınlıq gətirildiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə öz minnətdarlıqlarını bildirib.

“Yuğ” Teatrının tamaşaları Kukla Teatrının əsas və kiçik səhnəsində nümayiş olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm