Xalq şairinə qiymətli hədiyyə
Bizi izləyin

Art

Xalq şairinə qiymətli hədiyyə

Azərbaycanın xalq şairi Nəriman Həsənzadə doğum gününü qeyd edir. Həzin misraları ilə hər zaman ruhumuza su çiləyən şair bu gün 85-in kürəyini yerə vurur.

Təəssüratlarını Publika.az-la bölüşən sevilən şair yüksək əhval-ruhiyyədə olduğunu da deyib:

“Şükür Allaha ki, 85-i yüksək əhval-ruhiyyəm ilə yola salıram. Bayırda yağış yağır, gözəl, romantik bir havadır. Mənim havamla həmahəngdir. Dostlar, sevənlər durmadan zəng edir, xoş sözlər söyləyir. Bundan gözəl nə ola bilər ki?”

Təmtəraqdan hər zaman uzaq olduğunu deyən şair yubileyini ailəsi ilə birgə xudmani məclislə qeyd edəcək:

“Ailəmiz yığışacaq, nəvələr, doğmalar təbrikə gələcək”.

“Yubilyar ən çox sevdiyi hədiyyədən də danışdı. Bildirdi ki, söylənən hər təbrik sözü onun üçün ən böyük və ən qiymətli hədiyyədir:

"Ən qiymətli hədiyyəmi sevənlərimdən aldım”

Şair belə cavan qalmasının səbəblərindən də danışıb:

“Bunu şeirimdə də demişəm: “İllər mənimkidir, yaş mənim deyil”. Söz yox ki, yaşı danmaq olmaz. İstəsək də, istəməsək də, ömür gəlib ötür. Amma Allahın bəxş etdiyi hər yaş özü bir bəxşişdir. Cavan qalmaq üçün gərək hər zaman ətrafında gözəl insanlar olsun, ürəyin qocalmasın. Mənim də ətrafımda gözəl dostlar olub, bunu da Allahın növbəti hədiyyəsi kimi qəbul edirəm. Hər zaman pozitiv əhvalda olmaq ürəyin cavan qalmağına xidmət edir. Əslində, insan hər yaşda gəncdir”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm