Art
İradə Musayeva: “Kitabı böyük ağrı ilə yazmışam” - TƏQDİMAT - FOTOLAR
Bu gün filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın “XXI əsrdən baxış: Ədəbi tənqid və bədii söz” kitabının təqdimat mərasimi və imza günü keçirilib.
Tədbirdə Qulu Məhərrəmli, Qəşəm Nəcəfzadə, Kənan Hacı, Məti Osmanoğlu və digər ədəbiyyat nümayəndələri iştirak ediblər.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktor və ön sözünün müəllifi akademik Rafael Hüseynov.
İlk dəfə təqdimat keçirdiyini bildirən İradə Musayeva kitabın özəlliyindən danışıb: "Həyatımda ən xoş, fərəhli günlərdən birində yanımda olduğunuz üçün təşəkkür edirəm. İlk dəfədir kitab təqdimatı keçirirəm. 724 səhifəlik bu kitab ən çox sevdiyim kitabdır. Çünki bunu daha böyük ağrı ilə yazmışam.
Bu, ədəbi prosesin içində bütün varlığı ilə mücadiləyə qalxmaq istəyən bir müəllifin kitabıdır. Əslində bütün kitablar ağrıdan yazılır. Hamımızın gülüb, zövq aldığımız "Molla Nəsrəddin" də ağrıdan yazıldı".
Müəllifin sözlərinə görə, nə qədər modern olsaq da, içimizdə Azərbaycan insanının obrazı var: "Mənim yazmaq istədiyim və yazdığım nə varsa, məhz Azərbaycan insanının düşüncəsinə zərrə qədər də olsa təsir etmək məqsədi daşıyır.
Kitaba daxil olan istənilən məqalədə hətta məlum məsələlərə də yeni gözlə baxmaq istəmişəm. Nizami Gəncəvi poema yox, romanlar yazdığını, Nəsiminin ədəbiyyatşünaslıqda yalnış tədrisi, təbliği, tədqiqini faktlarla sübut etməyə çalışdım.
Həmid Araslıdan üzü bu yana demək olar ki bütün kitablarda Məhəmməd Füzulinin "Leyli və Məcnun"unda qadın hüquqsuzluğundan söhbət açılır. Görün nə qədər yalnışlığa yol veririk. Kitabda bu problemə də öz münasibətimi bildirmişəm".
Kitabın sonuncu fəslində İradə Musayevanın xeyli sayda müsahibələri çap olunub ki, əslində, bu ədəbi söhbətlərin də mətni sırf ədəbiyyat və ədəbiyyatşünaslıq problemlərindən bəhs edir.
Tədbirdə çıxış edənlər kitabı ədəbi tənqid nöqteyi-nəzərindən yüksək qiymətləndirib, onun ali məktəblərin filologiya fakültələrində dərs vəsaiti kimi istifadə oluna biləcəyini qeyd ediblər. (teleqraf)
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda














.jpg)





















.jpg)
