Art
Azərbaycanlı dizayner məktəbli geyimi üçün milli ornamentlər təklif etdi - FOTO
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Hədəf Liseyində "Günümüzdə geyim mədəniyyəti və dəbin rolu" mövzusunda seminar-treyninq keçirib.
Publika.az xəbər verir ki, görüşdə müəllim və şagirdlərə dəbin müasir dünya mədəniyyətində sosial rolu və fəaliyyətinin özəllikləri, milli geyimin təkamülü nümunəsində şəxsiyyəti ifadəetmənin xüsusiyyətləri barədə bəhs edilib. Dəb mədəniyyətin əhəmiyyətli təbəqəsini təşkil edən olduqca maraqlı təzahürdür. Estetik dəyərə malik olan dəb cəmiyyətin müxtəlif təbəqələrinin ifadə vasitəsinə çevrilir, onda ümumbəşər, mənəvi-estetik normalar və prinsiplər reallaşdırılır. Dəbdə öz dövrünün çox mühüm cizgiləri əks olunur, cəmiyyət həyatında baş verən dəyişikliklərlə bağlantı sezilir.
Gülnarə Xəlilova görüşdə bildirib ki, dəb mədəniyyətdə zəngin ənənələrə malik istiqamətlərdən biri kimi qiymətləndirilir, o öz xalqının milli uğurlarının qorunmasını təmin edir: “Bu baxımdan təklif edirəm ki, gələcəkdə şagird və müəllimlərin geyimlərinin dizaynı hazırlanarkən Azərbaycanın müasir stilistikada olan milli ornamentlərindən istifadə edilsin. Qeyd edək ki, Gülnarə Xəlilova 2006-cı ildə ölkədə Milli Geyim Gününün təsis edilməsi ideyası və təşəbbüsü ilə çıxış edir və bu təklif sonradan baxılması üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qəbul edilib.
Dizayner, həmçinin gənclər arasında milli geyim sənətinin, ornamentlərin, ənənələrin geniş təbliğ edilməsinin vacibliyini vurğulayıb. Yekunda Liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şamil Sadıq Gülnarə Xəlilovaya Xatirə Ədəbiyyatı seriyasından olan 45 kitabdan ibarət seti hədiyyə edib.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı