Art
Mədəniyyət Nazirliyi Kəmalə Ağayevanın vəfatı ilə bağlı baş sağlığı yaydı
Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Tanınmış şair, dramaturq, Əməkdar incəsənət xadimi, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, Prezident təqaüdçüsü Kəmalə Ağa qızı Ağayeva 2019-cu il iyul ayının 18-də vəfat edib.
Publika.az xəbər verir ki, Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1953-57-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun fransız dili fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra uzun illər pedaqoji fəaliyyət göstərmiş, fransız dilindən dərs demişdir. Müxtəlif vaxtlarda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Naxçıvan Dövlət Kukla Teatrında ilk ədəbi hissə müdiri vəzifəsində çalışmışdır. 2002-2005-ci illərdə “Ümid çırağı” jurnalının baş redaktoru olub.
Fəal bədii yaradıcılığa 1957-ci ildən başlamış, “Azərbaycan” jurnalında “Hilal olaydım” adlı ilk mətbu şeiri dərc edilmişdir. Onun “Məhsəti”, “İsmət”, “O, bizim dağların oğludur”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı”, “Göyçək Fatma”, “Tıq- tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya qoyulmuş, efirdə səslənmiş, tamaşaçıların və dinləyicilərin rəğbətini qazanıb.
Kəmalə Ağayeva bədii tərcümə ilə də məşğul olmuş, fransız şairləri Pol Elüar, Pol Verleni, L.Araqon və b. əsərlərini Azərbaycan dilinə çevirib.
Bədii yaradıcılığı ilə yanaşı, ictimai fəaliyyəti ilə də tanınmış, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin (1965-1983), Azərbaycan Yazıçılar Birliyinin təftiş komissiyasının (1981-1983) və Kitabsevərlər cəmiyyəti idarə heyətinin üzvü, Naxçıvan şəhər Sovetinin deputatı (1982) olub.
Kəmalə Ağayeva həm keçmiş İttifaq respublikalarında, həm də xarici ölkələrdə keçirilmiş müxtəlif ədəbiyyat tədbirlərinin, görüşlərin iştirakçısı olmuş, çıxışları böyük təqdirlə qarşılanıb.
“Baharın sözü”, “Gül yarpağı”, “Sən olmasaydın”, “Arpaçayın nəğməsi”, “Daş piyalə”, “O dağlarda gözüm qaldı”, “Vətənə sevdalıyam”, “Qönçələr” və digər maraqlı kitabları, əsərləri istedadlı şairə geniş oxucu auditoriyası qazandırıb.
Yaradıcılığı oxucularla yanaşı, dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. 1984-cü ildə Əməkdar mədəniyyət işçisi adı almış, 2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Kəmalə Ağayevanın vəfatı ilə bağlı yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir, kədərlərinə şərik olur.
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi












.jpg)




.webp)











.jpg)
.jpg)





