Art
Dahi şairin oğlu haqda BİLİNMƏYƏN FAKTLAR
Ömrünün son günlərində təqaüdçü general Puşkin qızına etiraf edir ki, doğmalarının gözündəki məyusluq onu daim müşayiət edib. Aleksandr Aleksandroviç Puşkinin əhatəsindəkilər bir gün onun atası kimi poeziyaya maraq duyacağına, hətta şeir yazacağına ümid edirdilər. Aleksandr Aleksandroviç isə daim özünü sadə vətəndaş hesab edirdi.
Publika.az dahi rus şairi Aleksandr Puşkinin eyni adlı oğlu haqda yazını təqdim edir.
Dahi şair Nataliya Nikolayevnadan olan ilk övladına elə öz adını vermişdi. Şairin anası bacısına yazdığı məktublarda tez-tez Puşkinin oğluna bəslədiyi ilahi eşqdən söz açırdı.
Şair körpəsinin tərbiyəsində yaxından iştirak edir, hətta gecələr oyanıb, nəfəs alıb-almadığını yoxlayırdı. Qəribə də olsa, övladına öz adını verdiyi üçün nigaran idi. Tez-tez II Aleksandrın ömür yolunu öz taleyi ilə müqayisə edir və onu qorumağa çalışırdı. Şair həyat yoldaşına məktublarında yazırdı “ Mənim izimlə addımlamasın. Yoxsa yazdığı şeirlərə görə başı çarlarla mübahisələrə qarışacaq. Şeir yazmağa niyyətlənən kimi, mənim əlyazmalarımı oxuyub, yolundan dönsün”.

Aleksandr Sergeyeviçin bütün övladları mükəmməl təhsil almışdılar. Hətta şair dueldə qətlə yetiriləndən sonra da Nataliya Nikolayevna uşaqlarını alışdıqları qüsursuz şəraitdən ayırmır.
II Aleksandr Puşkin Peterburqun ən nüfuzlu gimnaziyasını əla qiymətlərlə tamamlayıb, At mühafizəsi polkuna göndərilir.
Qüsursuz hərbi karyera quran Puşkin bir çox savaşlarda şücaət göstərir. Atasının yaradıcı ruhu ilə hərbçi sərtliyini özündə cəmləyən gənc general mayor imperatorun da dərin rəğbətini qazanmışdı.
11 övlad atası general Puşkin dul qalandan sonra həm ailə yükünü, həm də vəzifə borcunu yerinə yetirdiyi üçün onu hər kəs sevirdi. 1891-ci ildə Puşkin təqaüdə çıxır.
Yüksək məbləğdə illik maaş alan Puşkin imperatordan şəxsən rica edir ki, hərbi forma geyinmək məcburiyyəti aradan götürülsün. İmperator generalın arzusuna etiraz etmir.

Aleksandr Aleksandroviç ikinci dəfə ailə qurur, bu nikahdan da 2 övladı dünyaya gəlir. Lakin ikinci nikahı uğursuz olur. Sevimli arvadı Sofiyadan ona yadigar qalan 11 övladına ikinci xanımı Marina nəinki yaxşı ana, heç analıq da ola bilmir.
Şəxsi həyatındakı bütün uğursuzluqlara rəğmən general Rusiya üçün daim çalışıb, doğma torpağı üçün əlindən gələni əsirgəməyib. Rusiyada qızların təhsil almaq, səs vermək, müxtəlif peşələrə yiyələnmək hüquqları uğrunda daim mübarizə aparıb. Odur ki, bu günədək rus xalqı general Puşkinin əziz xatirəsini böyük ehtiramla anır.
Leyla Sarabi
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































