Art
“Hədəf Nəşrləri”nin müəllif tenderində qısa siyahı məlum oldu
“Hədəf Nəşrləri”nin “Bilgənin macəraları” uşaq seriyası kitabları üçün elan edilən müəllif tenderi iştirakçılarının qısa siyahısı məlum olub.
Publika.az xəbər verir ki, 51 müəllifin qatıldığı tenderdə iştirkaçıların mətnləri obyektivliyin qorunmasının təmini üçün kodlaşdırılaraq münsiflər heyətinə təqdim edilib. 5 münsif tərəfindən qiymətləndirilən mətnlər arasından 7-si qısa siyahıya salınıb:
- Aynur Qarayeva;
- Cəmilə Məmmədli;
- Əziz Yaqubzadə;
- Fərəh İsmayılzadə;
- Pünhan Şükür;
- Seymur Oruc;
- Şəbnəm Xeyrulla.
Növbəti mərhələdə qısa siyahıya düşənlər arasından qalib müəllif seçiləcək.
Qeyd edək ki, ilk layihə – 10 kitabdan ibarət silsilə “Bilgənin macəraları” adlanacaq.
Xatırladaq ki, tender qalibinə 10 hekayə müqabilində 2500 manat qonorar ödəniləcək.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır







.jpg)





























