Art
“Toppuş bacı”nın ailəsi nazirliyə MÜRACİƏT ETDİ
Xəbər verildiyi kimi, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva saat 12 radələrində Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.
Publika.az xəbər verir ki, aktrisanın ailəsi Mədəniyyət Nazirliyinə müraciət edib. Yaxınları onun Bakıda "Qurd Qapısı" deyilən ərazidə yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunmasını xahiş edirlər.
Onlar bildirirlər ki, həmin xiyabanda fəxri adlara layiq görülmüş məşhur insanlar dəfn olunurlar. Mərhumun yaxınları istək və tələblərini onunla əsaslandırırlar ki, aktrisa Tünzalə Əliyeva da "Əməkdar artist" fəxri adı almış məşhurlardandır.
Hazırda Tünzalə Əliyevanın ailəsi sözügedən qurumdan cavab gözləyir.
Qeyd edək ki, mərhum aktrisanın 50 yaşı var idi. Onun Röyal adlı şəxslə olan evliliyindən bir qız övladı var. (Bizim.Media)
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO




































