Mənim tanrım gözəllikdir, sеvgidir... - "İblis"i bizə sevdirən Hüseyn Cavid ANILIR
Bizi izləyin

Art

Mənim tanrım gözəllikdir, sеvgidir... - "İblis"i bizə sevdirən Hüseyn Cavid ANILIR

Hüseyn Cavid və ya sadəcə Cavid əfəndi. Filosof, şair, dramaturq Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın sütunlarından biri. Cavid Əfəndinin ölümündən 82 il ötür.

Publika.az Hüseyn Cavid haqqında ən maraqlı məqamları təqdim edir.

Mənim tanrım gözəllikdir, sеvgidir

Elə adlar var ki, onların əlavə təqdim və tərifə ehtiyacı olmur. Bu adamlar fərqli olur, seçilmiş şəxslər sayılır. Onların yazdıqları, dedikləri insanı saflaşdıran, ucaldan, nəcibləşdirən təsir və təlqin qüvvəsi kəsb edir.

Hər qulun cihanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir еşqi, bir ilahı var,

Mənim tanrım gözəllikdir, sеvgidir...

O da Tanrının bizə bir lütfü, hədiyyəsi idi. Azərbaycan ədəbiyyatına pənah gətirən böyük Hüseyn Cavid.

H.Cavid ədəbiyyat aləminə şeirlə gəlib və bütün ömrü boyu poetik yaradıcılığını ən gözəl nümunələrlə davam etdirib. Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir. Şair həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazıb.

Hüseyn Cavid dramaturigiyası

Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə məişət dramları üslub, yazı ədası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. “Ana faciəsi”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Afət”, “Knyaz”, “Xəyyam”, “İblis” əsərləri ilə milli teatr mədəniyyətimizin inkişafına özünəməxsus rəng və çalarlar bəxş edib.

Hüseyn Cavid poemaları

Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində yazıb. İlk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. “Bir ahi-məzlumanə”, “İştə bir divanədən bir xatirə”, “Hübuti-Adəm" kimi poemalarının əksəriyyətində süjet əlamətləri və obrazlar demək olar ki yoxdur. Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir. Poemanı şair hələ 1926-cı ildə Almaniyada müalicə olunarkən yazmağa başlayıb, nəhayət, 1928-ci ildə tamamlayıb.

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Niyə getdin? Niyə döndün? Niyə baxdın?

Gəldin də, niçin pəmbə buludlar kimi axdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Heyrətli bir aləmdir Hüseyn Cavidin poeziyası, dramaturgiyası! Təzadlarla dolu, münaqişəli, mubarizəli bır aləm!

О, əbədiyyətdə yenilik əlamətlərini, yenilikdə əbədiyyətin, Cavidliyin nişanələrini görür.

Görür və göstərir.

Cavid, haqqında deyildiyi kimi, cavidani sənətkardır!

Cəmilə Hətəmxanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm