Art
"Cənnətin iqamətgahı” filminin premyerası keçirildi
Oktyabrın 3-də Nizami Kino Mərkəzində Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” filminin premyerası keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ICESCO-nun Bakı Regional Ofisinin dəstəyi, "Real" Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə təşkil olunan mərasimdə rəsmilər, ictimaiyyət və media nümayəndələri, filmin yaradıcı heyəti iştirak edib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, sənədli-musiqili-etnoqrafik film Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının müvafiq məqsəd və hədəfləri çərçivəsində hazırlanıb.
Qeyd olunub ki, ekran əsəri Azərbaycanın bölgələrindəki təbii, tarixi və etnik-mədəni irsin audiovizual formada tanıdılmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə yeni ekran əsərlərinin çəkilişi davam etdirilir. Azıx mağarasının dünya tarixində oynadığı roldan və orada aparılan yeni tədqiqatlardan bəhs edən sənədli film də yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.
Əməkdar jurnalist, "Real" Təhlil İnformasiya Mərkəzinin direktoru Mir Şahin Ağayev deyib ki, bu cür layihələr milli-mədəni dəyərlərin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov bildirib ki, ekran əsəri əsasən Ordubadın etnoqrafiyasına həsr olunub və sənədli-musiqili-etnoqrafik janrda hazırlanan ilk filmdir.
Çıxışlardan sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və ekran əsəri nümayiş etdirilib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində “Azernyumedia” şirkətində istehsal olunan filmin təsvir rejissoru Arif Zeynalov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, məsləhətçiləri Əməkdar incəsənət xadimi Cəmil Quliyev və Əməkdar jurnalist Mir Şahin Ağayevdir.
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO






.jpg)




.jpg)



























