Art
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olundu - FOTO
Buxarada keçirilən "Azərbaycan Mədəniyyəti: Ədəbiyyat və Sənət Həftəsi" çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Kukeldaş mədrəsəsində Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Bu barədə Publika.az-a Azərbaycanın Özbəkistandakı Səfirliyinin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Özbəkistan Buxara Vilayəti Hakimliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Buxara vilayətinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər və şəhərin qonaqları iştirak ediblər.
Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəhbərliyi ilə iki ölkə arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. O, dövlət başçılarının mədəni-humanitar əməkdaşlığın genişləndirilməsinə göstərdikləri xüsusi diqqət və dəstəyin birgə mədəni layihələrin həyata keçirilməsinə geniş imkanlar yaratdığını vurğulayıb.
Buxara vilayət hakiminin müavini Botirjon Şaxriyorov çıxışında Azərbaycan və Özbəkistan arasında ortaq tarixi köklərə, zəngin mədəni irsə və milli-mənəvi dəyərlərə əsaslanan çoxəsrlik dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, Buxarada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin xalqlarımız arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, bu cür layihələrin qarşılıqlı mədəni tanıtım və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Rəsmi çıxışlardan sonra Azərbaycan və Özbəkistan musiqiçilərinin iştirakı ilə zəngin konsert proqramı təqdim olunub. Konsertdə iki qardaş xalqın zəngin musiqi irsini, milli-mədəni dəyərlərini və sənət ənənələrini əks etdirən müxtəlif musiqi əsərləri səsləndirilib.
-
İdman21:36Mourinyo 16 il əvvəlki “pişik” əhvalatını yenidən gündəmə gətirdi
-
Magazin121:24Mətanət dünən buna görə efirə çıxmayıb - - Acı xəbər alıb
-
ABŞ20:00Nidal Həsən belə edam ediləcək - Tramp qadağa qoydu
-
Dəb19:24Cinsin əvəzinə çinos gəlir - Payızda dəbdə olacaq / FOTO
-
Nida Xəbər 17:50Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı
-
Rəsmi xronika15:42Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında... - FOTO
-
Nida Xəbər 15:22Hindistan Azərbaycana təşəkkür etdi
-
Nida Xəbər 14:48Lavrov Azərbaycanın AQEM-ə sədrliyinin uzadılmasını alqışladı








.jpg)





























