Avropa
Rusiya bu əraziləri zəbt etmək istəyir – XƏRİTƏNİ AÇIQLADILAR - - FOTO
Rusiya Mariupoldan Dnestryanı əraziyə kimi Ukraynanın sonrakı bölünməsi üzrə plana malikdir.
Publika.az ”Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib.
“Rusiyanın Mariupol və bütün sahilboyu planlarının olduğunu anlamaq üçün Ceyms Bond (Ceyms Bond, həmçinin “Agent 007” Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı –red.) və ya superkəşfiyyatçı olmaq lazım deyil. Hesab edirəm ki, Rusiyada Dnestryanı əraziyə kimi Ukraynanın bütün cənubunun ələ keçirilməsi üzrə plan var”, - Klimkin deyib.
O əlavə edib ki, Ukraynanın mövcudluğu Putinin sistemi üçün fundamental problemdir və bu səbəbdən Rusiya dayanmayacaq.

Daha əvvəl Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib ki, kəşfiyyat məlumatları Ukraynanın Berdyansk və Mariupol şəhərlərinin (Azov dənizi sahilində yerləşir –red.) Rusiya tərəfindən mümkün tutulmasına işarə edir.
“Rusiyanın sonrakı eskalasiyası istisna edilmir. Operativ məlumatlara görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti və Rusiyanın Hərbi-Dəniz Qüvvələri tərəfindən Mariupol və Berdyanskının tutulması üzrə açıq təhlükə var”, – o vurğulayıb.

Yelçenkonun sözlərinə görə, Rusiya təcavüzü dayandırmasa, Ukrayna vəziyyəti diplomatik və siyasi vasitələrlə nizama salmağa hazırdır.
Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko quruda Rusiya tərəfindən əməliyyatın genişləndirilməsi üzrə ciddi təhlükənin mövcudluğu haqqında xəbərdarlıq edib.
Ömər Dağlı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
























.jpg)










.jpg)

.jpg)