Noyabrın ilk gününün hava proqnozu açıqlandı
Bizi izləyin

Ekologiya

Noyabrın ilk gününün hava proqnozu açıqlandı

Noyabrın ilk gününün hava proqnozu açıqlandı

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 19-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm