Poroşenkodan Qərbə ŞOK ÇAĞIRIŞ: Ölümcül nəticələri olacaq, əgər...
Bizi izləyin

Avropa

Poroşenkodan Qərbə ŞOK ÇAĞIRIŞ: Ölümcül nəticələri olacaq, əgər...

Ukrayna prezidenti Pyotr Poroşenko Qərbi Rusiyaya qarşı “Azov paketi” adlı sanksiyaları tətbiq etməyə və prezident Vladimir Putini dayandırmağa çağırıb.

Publika.az xəbər verir ki, prezident bu haqda “Nyu York Tayms” nəşri üçün yazdığı məqaləsində bildirib.

“Bir halda ki, işğal altındakı Krım və Donbas bizim ümumi məsələmizdir, Rusiyanın Azov dənizində öz təcavüzünü davam etdirməsinə imkan verilməməlidir. Rusiyaya qarşı “Azov paketi” hazırda dünyanın ən kiçik cavabı olardı. Hələ ki, Qərb danışır, Putin isə hərəkət edir. Cavab vermək vaxtı çatıb”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, Kerç boğazı ətrafında baş verən son hadisə Rusiya Silahlı Qüvvələrinin birbaşa hərbi hücumu idi:

“Moskva 2014-cü ildə olduğu kimi “yaşıl adamcığazlar”ın arxasında gizlənmədi. Həmin il Ukraynanın şərqində döyüş əməliyyatları başlananda iddia edildiyi kimi, Rusiya hərbi qulluqçuları “məzuniyyətdə” deyildilər. Moskva bu dəfə hətta dünyanı aldatmağa çalışmır”.

Dövlət başçısı vurğulayıb ki, təcavüz davam edir:

“Ukrayna hərbi qulluqçuları və gəmilər Rusiyada həbsdədirlər, yüzlərlə gəmi Azov dənizində bloklanır, rusiyalılar onların icazəsiz Kerç boğazından keçməsini qəbul etmirlər. Putinin hədəfi aşkardır: o, əmlak və torpaqların güc yolu ilə ələ keçirildiyi dövrə qayıtmaq istəyir”.

Onun sözlərinə görə, Rusiyanın hərəkətlərinin sakit qarşılanmasının ölümcül nəticələri olacaq.

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Ötən gün məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm