Avropa
Rusiya dünyanın super dövləti kimi... - XƏBƏRDARLIQ
“Rusiya bu gün Qərb üçün beynəlxalq terrorizmdən daha böyük təhlükədir”.
Publika.az xəbər verir ki, bu haqda Belçikanın müdafiə əməliyyatları üzrə komandanı Karl Qillis “Paris Match” nəşrinə müsahibəsində bildirib.
O, bu fikrə Rusiya prezidentinin siyasi məsələlər üzrə məsləhətçisi ilə NATO ölkələrinin nümayəndələrinin görüşünün nəticəsinə görə gəlib. Görüş yaxın vaxtlarda Romada NATO-nun Müdafiə Kollecində keçirilib. Onun sözlərinə görə, bu tədbirdə terrorizm mövzusu demək olar ki, qaldırılmırdı, amma Rusiya təhlükəsi demək olar ki, bütün məruzələrdə var idi.
Qillisin sözlərinə görə, Rusiya nümayəndəsinin çıxışı göstərir ki, Moskva dünyanın super dövləti kimi möhkəmlənmək və bu məqsədlə dünyada əhəmiyyətli rol oynayan Asiya-Sakit okeanı regionuna nüfuz etmək niyyətindədir.
O, əlavə edib ki, sərhədlərində nə vaxtsa bufer zona olan yerlərdə təsirin bərpası indi Rusiyanın hədəfidir. Belçikalı zabitin sözlərinə görə, Rusiya nəyin bahasına olursa-olsun Avropa İttifaqı-NATO birliyini pozmağa səy göstərir.
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı















.webp)








.jpg)










.jpg)

.jpg)