Avropa
Britaniya “Soyuq müharibə” strategiyasına qayıdır
Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya tərəfindən təhlükələrə qarşı “soyuq müharibə” dövrünün strategiyasına qayıdır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyinin başçısı Uilyamson Qevin bildirib.
Yeni strategiyaya uyğun olaraq, Müdafiə Nazirliyində İran, Rusiya və Çin kimi düşmən ölkələrdən olan təhlükələri izləyən xüsusi bölmənin işi yenilənəcək. 1980-ci illərin əvvəllərində yaradılmış bölmə SSRİ-də yenidənqurmanın başlanğıcından sonra bağlanmışdı.
Uilyamson həmçinin bildirib ki, bölmə Böyük Britaniyanın silahlı qüvvələrinin döyüş hazırlığının qiymətləndirilməsi ilə məşğul olacaq. Xüsusi halda, nazirin sözlərinə görə, artıq Arktikada Rusiyanın sualtı gəmilərinin fəallığının artmasından sonra Arktik proqramı çərçivəsində Norveçin dəniz piyada qoşununun hazırlığı gücləndirilib və demək olar ki, “soyuq müharibə”nin səviyyəsinə çatıb.
Bundan başqa, Britaniya hərbi gəmiləri, döyüş sualtı gəmiləri və vertolyotları müasirləşdirməyi, həmçinin kiber əməliyyatlarına diqqəti ayırmağı planlaşdırır.
Ömər Dağlı
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı















.webp)








.jpg)










.jpg)

.jpg)