Avropa
Qərbdən Rusiyaya AYDIN SİQNAL: Zərbələr davam edəcək
Rusiyaya qarşı yeni sanksiyalar aydın siqnaldır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Ceremi Hant bildirib.
“Bu gün Böyük Britaniya və bizim beynəlxalq partnyorlarımız - Avropa İttifaqı, Avstraliya, Kanada və ABŞ Rusiyaya aydın siqnal göndərdi ki, Kerç boğazında və Qara dənizdə Ukrayna gəmilərinə hücumu qəbuledilməz idi”, - Hantın bəyanatında deyilir.
Nazir əlavə edib ki, Ukraynada stabilliyi pozmağa yönəlik Rusiyanın cəhdlərinə cavab olaraq lazımlı ölçülərin qəbul edilməsi davam edəcək. O söyləyib ki, Rusiya Ukrayna dənizçilərini dərhal azad etməyə məcburdur.
Qeyd edək ki, martın 15-də Avropa İttifaqı Kerç boğazındakı hadisəyə görə 8 Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Daha sonra Vaşinqton Ukrayna üzrə anti-Rusiya sanksiyaları genişləndirib.
Kanadanın Xarici İşlər Nazirliyi isə Kerç boğazında hadisəyə görə 114 rusiyalıya və 15 şirkətə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlar hələ də azad olunmayıb.
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı















.webp)








.jpg)










.jpg)

.jpg)