Avropa
Yeni baş nazir namizədləri bəlli oldu - SİYAHI\FOTO
Böyük Britaniyada baş nazir Tereza Meyin “Breksit” prosesində uğursuz olmasından sonra istefa verdiyi iqtidardakı Mühafizəkarlar Partiyasının boş qalan sədrliyinə yeni namizədlər müəyyənləşib.
Publika.az xəbər verir ki, partiya liderliyi uğrunda mübarizəyə 10 nəfər qoşulacaq.
Xarici işlər naziri Ceremi Hant, Daxili işlər naziri Sayid Cavid, Səhiyyə naziri Matt Hankuk, Ətraf mühit naziri Maykl Qov, Beynəlxalq inkişaf naziri Rori Stüart, sabiq Xarici işlər naziri Boris Sonson, sabiq əmək naziri Ester Makvey, sabiq Breksit naziri Dominik Raab, sabiq İcmalar Palatası lideri Andrea Lidsom, sabiq müavin Mark Harper namizədliklərini irəli sürüblər.

Namizədlər 13 iyunda partyanın İcmalar Palatası qrupunda səsverməyə çıxarılacaq. Ən az 17 millət vəkilinin səsini qazananlar iyunun 17-də ikinci tura çıxacaq. Bu turda ən az 33 millət vəkilinin səsini qazananlar növbəti tura keçəcək.
İcmalar Palatasında qrup səsvermələri namizəd sayı ikiyə düşənə qədər davam edəcək. Son 2 namizəd partiyanın 125-ə yaxın üzvünün səs verəcəyi seçikiyə gedəcək. Səsvermə iyulun 22-də başa çatacaq. İyulun 23-də partiyanın yeni lideri və ölkənin baş nazirlik postunun yeni sakini bəlli olacaq.
Yeni lider seçimi davam edərkən Tereza Mey vəzifəsində qalacaq.
Qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqından çıxmaq üçün “Breksit” layihəsini irəli sürüb.
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)









