Avropa
Britaniyanın yeni baş naziri kim olacaq? - Bukmekerlər şansları qiymətləndirdi
Böyük Britaniya bukmekerləri ölkənin baş nazir postu uğrunda mübarizədə keçmiş xarici işlər naziri Boris Consonun şanslarını qiymətləndiriblər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, “bet365”, “Ladbrokes”, “Betfair” və “Coral” bukmekerlərinə görə Xarici İşlər Nazirliyinin sabiq başçısının qələbə ehtimalı 80 faizdir.
Qeyd edək ki, ötən gün parlamentdə mühafizəkarların fraksiyasının üzvləri arasında keçirilən səsvermənin birinci turunun nəticələri elan edilib. Conson 114 səslə lider olub, ikinci yerdə 43 səslə xarici siyasət idarəsinin indiki başçısı Ceremi Hant, üçüncü yerdə isə 37 səslə sabiq ətraf mühit naziri Maykl Qouv gəlib. Beləliklə, Conson rəqiblərinin ikisinin birlikdə götürülmüş səsindən daha çox səs yığıb.
Səsvermənin birinci turun nəticələrinin elanına qədər Consonun qələbə şansları 63,6 faiz qiymətləndirilirdi.
Səsvermənin ikinci turu 18 iyunda keçiriləcək.
Xatırladaq ki, iyunun 7-də Böyük Britaniyanın Baş naziri Tereza Mey rəsmən Mühafizəkarlar Partiyasının lideri postunu tərk edib. Mey mühafizəkarlar yeni lideri seçilənə kimi hökumətə başçılıq edəcək.
Ömər Dağlı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Avropa10:33“Merts xaosu” – Rusiyadan Almaniyadakı iğtişaşlara reaksiya
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI











.jpg)


















.jpg)

.jpg)