Avropa
Boris Conson və Ceremi Hant baş nazir postu uğrunda mübarizə aparacaq
Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson və hazırkı xarici işlər naziri Ceremi Hant Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın baş naziri olmaq uğrunda mübarizənin final mərhələsinə çıxıblar. Bunu Britaniya Parlamentinin İcmalar Palatasından olan tori deputatlarının iştirakı ilə keçirilən səsvermənin beşinci turunun nəticələri göstərir.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, Boris Conson 313 deputatdan 160-nın səsini qazanmaqla mövqeyini möhkəmlədib. Ceremi Hanta 77 deputat səs verib.
Ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv 75 səs toplayıb və səsvermənin həlledici mərhələsinə keçə bilməyib.
Böyük Britaniyanın yeni baş nazirinin adı iyulun sonlarına qədər məlum olacaq, qalibi qalan iki namizəd arasından hakim partiyanın 160 min sıravi üzvü seçəcək.
Xatırladaq ki, mayın 24-də Böyük Britaniyanın Baş naziri Tereza Mey Brexit prosesini reallaşdıra bilmədiyi üçün əvvəlcə Mühafizəkarlar partiyasının lideri, yeni partiya rəhbəri seçildikdən sonra isə ölkənin baş naziri postundan istefa verəcəyini elan edib. Yeni lider seçkilərində ondan çox partiya üzvü namizədliyini irəli sürmüşdü. Onların arasında sərt Brexit tərəfdarı kimi tanınan sabiq xarici işlər naziri Boris Consonun şansları daha yüksək qiymətləndirilir.
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)










