Netanyahu toxunulmazlıq hüququ üçün parlamentə müraciət edəcək
Bizi izləyin

Avropa

Netanyahu toxunulmazlıq hüququ üçün parlamentə müraciət edəcək

İsrailin Baş naziri Binyamin Netanyahu, barəsində qaldırılan iddiaların siyasi olduğunu irəli sürərək, toxunulmazlıq hüququ əldə etmək üçün parlamentə müraciət edəcək.

Publika.az xəbər verir ki, bu barədə Netanyahu özü məlumat verib.

Qeyd edək ki, İsrailin Baş prokurorluğu 3 fərqli korrupsiya işi ilə bağlı Netanyahuya qarşı iddia qaldırıb. Netanyahu toxunulmazlıq hüququ əldə etmək üçün 120 deputatın yarısından çoxunun dəstəyini almalıdır. Baş nazir bu hüququ əldə edərsə, onun barəsində qaldırılan iddialar təxirə düşəcək.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm