Bill Qeytsin bilavasitə dəstək verdiyi firma koronavirus peyvəndinin istehsalına başladı - Yalnız bu qədər...
Bizi izləyin

Avropa

Bill Qeytsin bilavasitə dəstək verdiyi firma koronavirus peyvəndinin istehsalına başladı - Yalnız bu qədər...

Mərkəzi İngiltərənin Kembric şəhərində yerləşən “AstraZeneca” dərman firması koronavirusa qarşı hazırlanan peyvəndin kütləvi istehsalına başlayıb.

Publika.az xəbər verir ki, bu barədə şirkətin direktoru Paskal Soriot danışıb.

O bildirib ki, potensial peyvəndin sınaqları hələ də davam edir. Buna rəğmən, kütləvi istehsala başlamaq barədə qərar qəbul olunub. Onun sözlərinə görə, sınaqların nəticəsi əldə olunana qədər peyvənd istehsalı başa çatmalıdır. Soriot peyvənddən 2 milyard doza istehsal edə biləcəklərini də vurğulayıb.

Direktor qeyd edib ki, peyvənd sınaqlarının nəticələri uğursuz olsa, maliyyə riski ilə qarşı-qarşıya qalacaqlar.

Qeyd edək ki, Oksford Universiteti aprel ayının sonunda koronavirusa qarşı hazırlamağa çalışdığı peyvəndin kütləvi istehsalı üçün “AstraZeneca” ilə razılığa gəlmişdi. Şirkətin bundan əlavə, “Microsoft”un qurucusu Bill Qeyts və həyat yoldaşı Melinda Qeyts tərəfindən dəstəklənən iki peyvənd qurumu ilə (Epidemik İnnovasiya Hazırlığı Koalisiyası və Qavi Peyvənd Birliyi) 750 milyon dollarlıq müqaviləsi var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm