Dünyaya gəlməmiş körpədə koronavirus aşkarlandı
Bizi izləyin

Avropa

Dünyaya gəlməmiş körpədə koronavirus aşkarlandı

Fransada ana bətnindəki körpədə koronavirus aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Nature Communications” dərgisinin məqaləsində deyilir.

"SARS-CoV-2 infeksiyasının transplasental keçidi" adlı məqalədə bildirilib ki, 24 martda qızdırma və öskürək simptomları ilə xəstəxanaya müraciət edən hamilənin COVID-19 testi pozitiv nəticə verib. Həkimlər onu təcili əməliyyat edib və körpəsi qeysəriyyə üsulu ilə dünyaya gətirilib. Daha sonra körpədən də analiz götürülüb və onun da virus daşıyıcısı olduğu üzə çıxıb. Lakin körpə qısa müddət ərzində xəstəliyə qalib gəlib və 18 gün sonra evə buraxılıb.

Həkimlər uşağın dünyaya gəldikdən sonra virusa yoluxma ehtimalının olduqca az olduğunu bildirib. Məsələ ilə bağlı müxtəlif qiymətləndirmələr edən araşdırmaçı Daniel De Luka bu tip vəziyyətlərə çox nadir rast gəlindiyini, bir çox hallarda körpələrin zərər görmədiyini deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm