Finlandiyada fövqəladə hal rejimi tətbiq edilə bilər
Bizi izləyin

Avropa

Finlandiyada fövqəladə hal rejimi tətbiq edilə bilər

"Finlandiyada koronavirusla bağlı vəziyyət ciddi fazaya daxil olub".

Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sanna Marin məlumat verib.

Onun sözlərinə görə, hökumət yaxın vaxtlarda yenidən sərt məhdudlaşdırıcı tədbirlərin görülməsinə imkan verən fövqəladə hallara hazırlıq barədə qanundan istifadə edə bilər.

Hökümət başçısı qeyd edib ki, müəyyən bölgələrdə virusla bağlı vəziyyət nəzarətə alınmazsa və pisləşməyə davam edərsə, yeni məhdudiyyətlərə dair qərarla bağlı məsələyə baxılacaq.

O, hökumətin sərt tədbirlər görmək istəmədiyini, lakin paytaxtın bəzi regionlarında vəziyyətin artıq təcili həll tələb etdiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm