Ərdoğanla Merkel videokonfrans formatında görüş keçirdi - VACİB MESAJLAR
Bizi izləyin

Avropa

Ərdoğanla Merkel videokonfrans formatında görüş keçirdi - VACİB MESAJLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Rəsmilər ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, yeni dövrdə Türkiyə- Avropa Birliyi əlaqələrini müzakirə ediblər.

Türk lider bildirib ki, Türkiyə-AB münasibətlərində bəzi üzvlərin dar mənada mənafeləri səbəbindən zaman itkisi yaşanıb.

Ərdoğan eyni zamanda Türkiyənin Şərqi Aralıq regionunda xoş niyyət və konstruktiv mövqeyini davam etdirdiyini də Merkelin diqqətinə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm