Avropa
ABŞ-dan Türkiyəyə "Yunanıstanın yanındayıq" MESAJI
Həm Egey, həm də Şərqi Aralıq dənizində böhran tərəfləri olan, 21 iyulda silahlı qarşıdurmanın astanasından dönən Türkiyə və Yunanıstan 5 il sonra yenidən danışıqlar üçün görüşlərə başlayıb. Lakin danışıqlar Yunanıstanın artan silahlanmasının kölgəsində gedir. Çünki Yunanıstan 2021-ci il müdafiə büdcəsi daxilində silah payını ötən ilə nisbətən 5 dəfə artıraraq 2,5 milyard avroya çatdırıb.
Publika.az-ın məlumatına görə, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ölkənin bütün çətinliklərə baxmayaraq hərbi xərclərini artırmasının lazım olduğunu bildirib. Mitsotakis yeni freqatlar, helikopterlər, pilotsuz təyyarələr alınacağını və "Rafale" təyyarələrini də yeniləməyin planlaşdırıldığını deyib.
Yunanıstan ABŞ ilə ortaq hərbi təlimlərini sürətləndirib. Bundan əlavə, Yunanıstanın Dədəağacdakı hərbi bazası ABŞ-a ayrılıb. Bununla yanaşı ABŞ silahlı qüvvələrinin Trakya bölgəsində hərbi baza qurmalarına icazə verildiyi xəbərləri də yayılıb.
ABŞ Türkiyə sərhədindən 40 kilometr məsafədə yerləşən Yunanıstanın Dədəağac bölgəsinə 30 ədəd hücum helikopteri yerləşdirib.
İstanbul Aydın Universitetinin müəllimi, ehtiyatda olan general Naim Babüroğlu bununla ABŞ-ın Türkiyəyə mesaj vermiş olduğunu qeyd edib: "ABŞ "Yunanıstanın yanındayıq" mesajını verir. Müdafiə büdcəsini beşqat artıran Yunanıstan silah yarışına girib".
General sentyabr ayında edilən bu manevrin Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan gərginliyi ilə eyni vaxtda olduğunu söyləyərək, "Təlim NATO tarixində demək olar ki, bir ilkdir. Qurumun ən güclü üzvü və Türkiyənin müttəfiqi olan ABŞ-ın Yunanıstanla belə bir təlimə başlaması onun bu gərginlikdə "Yunanıstanın yanında yerimizi alırıq" deməsinə bərabərdir. Türkiyə bunu qətiyyətlə qınamalı idi. ABŞ tərəfindən 30 hücum helikopterinin bölgəyə yerləşdirilməsi yalnız taktiki səviyyədə görüləcək bir iş deyil, bu həm də strateji nəticələrə səbəb olacaq. Türkiyə bunu düşünərək lazımi addımları atmalıdır", - deyə qeyd edib.
Babüroğlu bildirib ki, Lozanna müqaviləsinə görə, Dədəağac silahlandırılmamış bölgə olmalıdır: "Lozanna sülh müqaviləsinə görə, sərhədi 30 kilometr məsafədə olan bölgə silahsızlaşdırılmış bölgədir. Dedəağac da sərhədin 30 kilometrliyində, əsgərlərin saxlanılmaması lazım olan bölgədədir. Bu vəziyyət ABŞ ilə Türkiyə arasında meydana gələn soyuqluğun mühüm göstəricisidir. Ancaq burada 30 hücum helikopteri yerləşdirən tanklar da var. Bunlar əslində nəqliyyat vasitələridir, lakin silah tiplidirlər. Silahlandıqda hücum vertolyotuna çevrilirlər. Bu o deməkdir ki, ABŞ bu yerdən qalıcı baza olaraq istifadə edəcək".
Akqabay
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video

















.jpg)









.jpg)










