İdman
1 dəqiqədə 2 sarı vərəqə aldı: Yenə özünə mərc edib?
"Vest Hem"in braziliyalı yarımmüdafiəçisi Lukas Paketa "Liverpul"a qarşı dünən keçirilən və komandası üçün 0:2 hesablı məğlubiyyətlə nəticələnən Premyer Liqa matçında yenidən qalmaqallı vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, qarşılaşmanın 83-cü dəqiqəsində hesab 1:0 ikən meydanın mərkəzində kobudluq qeydə alınıb və hakim oyunu dayandırıb. Epizodda iştirak etməyən Paketa qərara etiraz edərək hakimə doğru əl-qol hərəkətləri etməyə başlayıb və dərhal sarı vərəqə alıb.
Braziliyalı futbolçu bununla kifayətlənməyib və hakimlə mübahisəni davam etdirib. Hakim ondan uzaqlaşmağa çalışsa da, braziliyalı futbolçunun təzyiqini görüb ikinci sarı vərəqəni göstərib və oyunçu meydandan qovulub.
28 yaşlı yarımmüdafiəçi "X" sosial şəbəkəsində "Sky Sports"un həmin epizodu "mənasız davranış" adlandırmasına cavab verib.
"Bu absurddur, iki ildir həyatım və karyeram böyük təzyiq altındadır, federasiya isə heç bir psixoloji dəstək göstərmir. Bəlkə də mənim "mənasız davranışım" yaşadıqlarımın və hələ də yaşayacaqlarımın əksidir. Bağışlayın, əgər mükəmməl deyilsə", - deyə Paketa bildirib.
Xatırladaq ki, 2024-cü ilin mayında onun mərc qaydalarını pozması və qeyri-normal davranışda ittiham olunduğu bildirilirdi. 2025-ci ilin yayında onun sarı vərəqələri qəsdən alması ilə bağlı iddialar üzrə günahsız olduğu açıqlansa da, sentyabr ayında futbolçunun araşdırma çərçivəsində müəyyən edilən qayda pozuntusuna görə 150 min funt sterlinq cərimə aldığı məlum olub.
Heybət
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi
-
Dünya1 Aprel 22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 1 Aprel 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 1 Aprel 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ1 Aprel 17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial1 Aprel 15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı



































