Avropa
Avropa səmasında "NAMƏLUM KABUSLAR" - Litvanın hava limanı 16 dəfə bağlandı
Bu payız Vilnüs beynəlxalq hava limanı hava məkanında naməlum obyektlərin aşkar edilməsi səbəbindən azı 16 dəfə bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sonuncu dəfə hava limanı 30 noyabr tarixində, yerli vaxtla saat 18:09-dan (Bakı vaxtı ilə 20:09) etibarən öz hava zonasında naməlum hava şarlarının aşkar edilməsi səbəbilə fəaliyyətini dayandırıb. Dispetçer xidməti bildirib ki, Vilnüsə yönələn reyslər müvəqqəti olaraq Kovna və Riqaya istiqamətləndiriləcək.
Bundan əvvəl Litva hava limanı 28 noyabr, cümə günü fəaliyyətini dayandırmışdı. O zaman milli böhran idarəetmə mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirmişdi ki, insident 28 aviareysin təxminən üç min sərnişinə təsir edib.
23 noyabrda Niderlandın cənubundakı Eyndhoven hava limanında dronlar səbəbindən təyyarə hərəkəti dayandırılmışdı.
Sentyabrın sonunda Niderlandın müdafiə naziri Brekelmans Avropadakı ölkələri dronlarla mübarizə üçün effektiv sistemlərə daha aktiv şəkildə investisiya etməyə çağırmışdı.
Hüseyn İbadlı
-
İKT23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin122:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı
-
İdman22:05"Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəldi - VİDEO/YENİLƏNDİ
-
Səhiyyə21:24İnsultdan ölüm hallarının GİZLİ AMİLİ
-
Region20:48Türkiyə bayrağını yandıran qadın belə saxlanıldı - VİDEO
-
Ekologiya20:05Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ: Suyun səviyyəsi son 200 ilin minimumuna endi - FOTO


































