İsveçrədə peyvənd olunan 16 nəfər öldü
Bizi izləyin

Avropa

İsveçrədə peyvənd olunan 16 nəfər öldü

İsveçrədə koronavirusa qarşı peyvənd vurulduqdan sonra 364 nəfər özünü narahat hiss edib, 16 nəfər isə vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə İsveçrə terapevtik məhsullar agentliyi (Swissmedic – Red) məlumat yayıb.

Agentliyə daxil olan müraciətlərin əksəriyyəti "Pfizer", "Comirnaty" və "Moderna" peyvəndi ilə əlaqədardır. Belə ki, peyvənd olunanlar baş ağrısı, peyvənd yerindəki ağrı, qızdırma və üşütmədən əziyyət çəkiblər. Müraciət edənlərin 95-i xəstəxanaya aparılıb, 16 pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən şəxslərin orta yaşı 86 olub. Onların əksəriyyəti peyvənd edilmədən əvvəl ürək-damar və ağciyər xəstəliklərindən əziyyət çəkirmiş.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm