Britaniyanın səhiyyə naziri istefaya gedir
Bizi izləyin

Avropa

Britaniyanın səhiyyə naziri istefaya gedir

Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok istefaya getmək barədə qərar qəbul etdiyi bildirib.

Publika.az "TASS"a istinadən xəbər verir ki, bu barədə nazir özünün tvitter səhifəsində yazıb.

"Səhiyyə və sosial işlər naziri vəzifəmdən istefa ərizəmi vermək üçün bu gün baş nazirlə görüşdüm. Başa düşürəm ki, bu ölkənin bütün sakinləri (pandemiya ilə mübarizə və karantin tədbirləri zamanı -red.) böyük fədakarlıqlar etməli oldular. Bu qaydaları təyin edənlər onlara riayət etməlidirlər və buna görə də mən vəzifəmdən ayrılmalıyam", - deyə M.Henkok bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm