Avropa
Saakaşvili ABŞ-ın Donetskə hücum planından danışdı
Gürcüstanın keçmiş prezidenti, Ukrayna Milli İslahat Şurasının sədri Mixail Saakaşvili Donbasdakı döyüşlərin qızğın vaxtında ABŞ-ın Donetski ələ keçirmək üçün bir plan hazırladığını söyləyib.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, o, bunu "Ukrayna 24" kanalına verdiyi müsahibəsində deyib.
Siyasətçi ABŞ Mərkəzi Komandanlığının keçmiş başçısı David Petraeusun Kiyev rəhbərliyini Donetskə hücum etməyə çağırdığını və hətta şəhəri almaq üçün bir plan hazırladığını iddia edib:
“Yadımdadır, Donetski götürə biləcəkləri bir an var idi. Bunu öz adımdan demirəm. General Petraeus mənə uzun bir SMS göndərmişdi, o zaman mən Nyu Yorkun şimalındaydım. O, mənə "A, B, C, D, D" yazmaqla, Donetskə getmək üçün əlverişli vaxtın olduğunu bildirdi".
Onun sözlərinə görə, Petraeus Donetski ələ keçirməyin zəruriliyində israr edib və bunu təhlükəsizlik qüvvələrinin guya özlərinin edə biləcəyi ilə əsaslandırıb.
Saakaşvili Amerika generalının planını Poroşenkoya göndərdiyini, ancaq onun reaksiya vermədiyini əlavə edib:
"Yaxşı, heç olmasa geri zəng et, maraqlan, bu şəxsi dəvət et, fikirlərini dinlə. Ən azından bunu edərdi".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu