Avropa
Belarus əsgərləri Litvanı "işğal etdi"
Avropa Birliyi ilə Belarus arasında vəziyyətin gərginləşdiyi bir vaxtda 12 belaruslu əsgər Litva ərazisinə daxil olub.
Publika.az "Sözcü"yə istinadla xəbər verir ki, 12 zirehli gödəkçəli və silahlı Belarus əsgəri Litva ərazisinə keçib. Bu barədə Litva ilə Belarus arasındakı sərhəd-keçid məntəqəsində dayanan nəzarətçilər məlumat verib. Maraqlıdır ki, belaruslu hərbçilər özləri ilə 35 iraqlı miqrantı da Litva sərhədlərinə keçiriblər.
Rəsmi Vilnus bir müddət əvvəl Minskin xüsusi təyyarə ilə iraqlı miqrantları Litvaya göndərdiyini bildirib. Verilən məlumata görə, belaruslu əsgərlərə xəbərdarlıq edilib, ancaq onların sonrakı taleyi haqqında məlumat verilmir. Rəsmi Vilnus son 7 ay ərzində 4124 dəfə ölkə sərhədlərinin belaruslular tərəfindən pozulduğunu bəyan edib.
Tural Turan
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur

















.jpg)

.jpg)




















