Avropa
Avropa İttifaqı Türkiyə və Ukraynanın COVID-19 sertifikatlarını tanıyacaq
Avropa İttifaqı (Aİ) Türkiyə, Şimali Makedoniya və Ukraynada verilən COVID-19 sertifikatlarını tanıyacaq.
Publika.az xəbər veir ki, bu barədə "Sputnik Türkiyə" xəbər verir.
Məlumatda qeyd olunur ki, qərar avqustun 20-dən qüvvəyə minəcək və 3 ölkə Aİ-nin peyvənd sertifikatı sisteminə qoşulacaq. Türkiyə, Şimali Makedoniya və Ukraynanın verdikləri peyvənd sertifikatları "AB Rəqəmsal COVID Sertifikatı" ilə eyni şərtlərə sahib olacaq və Aİ ölkələrində qəbul ediləcək.
Bildirilir ki, sözügedən 3 ölkənin Aİ tərəfindən verilən peyvənd sertifikatını tanıyacağı bildirilib və bu təcrübənin qarşılıqlı təhlükəsiz səyahəti asanlaşdıracağı qeyd edilib.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 209,3 milyonu keçib, 4,39 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?


































