Almaniya əfqan qaçqınlara yüz milyon avro ayırdı
Bizi izləyin

Avropa

Almaniya əfqan qaçqınlara yüz milyon avro ayırdı

Almaniya Əfqanıstanla qonşu ölkələrdə məskunlaşan əfqan qaçqınlara kömək məqsədilə beynəlxalq təşkilatlara 100 milyon avro təcili maliyyə yardımı ayırıb.

Publika.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Heiko Maas keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Berlin Əfqanıstanın qonşu dövlətləri ilə bununla bağlı artıq danışıqlara başlayıb. Danışıqlar Özbəkistan, Pakistan, Tacikistan və Hindistan xarici siyasət idarələrinin rəhbərləri ilə aparılır.

Razılığa əsasən, sərhədi keçən və Almaniyaya göndərilmək üçün Əfqanıstanla qonşu ölkələrdə müvəqqəti sığınacaq alan qaçqınlar bu yardımdan yararlana biləcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm