Ukraynaya gedən azərbaycanlıların sayı artıb
Bizi izləyin

Avropa

Ukraynaya gedən azərbaycanlıların sayı artıb

Bu ilin 9 ayında Ukraynaya gələn turistlərin sayına görə Azərbaycan ilk 15 ölkə sırasındadır.

Publika.az xəbər verir ki, yanvar-oktyabr aylarında Azərbaycandan Ukraynaya 33 min 410 turist gedib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Bu ölkəyə gələn turistlərin sayına görə ilk üçlükdə Moldova, Rusiya və Polşa dayanır.

Ümumilikdə, cari ilin 9 ayında Ukraynaya 3 milyondan çox xarici turist gəlib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm