Avropa
"Omikron" Avropanı bürüdü
Koronavirusun ən mutasiyaya uğramış yeni variantı olan "omikron" Avropanın bütün ölkələrini əhatə edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi ölkələr uçuşları dayandırmaq qərarı verib. Səyahət və turizm qadağası olan yerlər də var.
Avstriya
3 peyvənd tələbi tətbiq olunub. Avropa İttifaqı tərəfindən tanınmayan peyvəndləri vurduranlar isə ölkəyə yalnız karantin şərtilə qəbul ediləcək. 2 peyvəndi olanlar da PCR testi verməlidirlər. Əks halda onlar ictimai xidmətlərdən yararlana bilməyəcək, restoran, bar, kinoteatr, teatr kimi yerlərə girə bilməyəcəklər. Yeni qaydalar bu gündən etibarən başlayır.
Almaniya
Miladdan əvvəl qapanma nəzərdə tutulmur. Lakin peyvənd olunmayanlar artıq qapalı məkanlara buraxılmır. Sürətli testlərin etibarlılıq müddəti 24 saata endirilib. Şərtləri yerinə yetirməyənlər restoranlara, barlara, kinoteatrlara, teatrlara və ya ictimai yerlərə daxil ola bilməzlər. Səhiyyə işçiləri üçün məcburi peyvənd tələbi tətbiq edilib.
İsveçrə
İsveçrə Avstriyadan fərqli olaraq koronavirus epidemiyası qaydalarını yumşaldıb. 2 peyvəndi olanlar üçün əlavə PCR testi yumşaldılıb. Onlar da sürətli antigen testinin nəticəsi ilə səyahət edə biləcək. Sürətli test yalnız 24 saat etibarlı olacaq. 2 peyvəndi və 1 testi olanların 4-7 gün karantində qalmasına ehtiyac qalmayacaq.
Niderland
Niderland yanvarın ortalarına qədər bağlanmağa qərar verib, odur ki, Milad və Yeni il tətillərini orada keçirmək arzunuz ürəyinizdə qalacaq. Bir ailə maksimum 2 nəfəri qəbul edə bilər. Milad və Yeni il arasında ziyarətçilərin sayı 4-dən çox olmayacaq. Təkcə Amsterdamda yoluxmaların sayı hər 3 gündən bir 2 dəfə artır.
Danimarka
Dünəndən bəri ölkədə məhdudiyyətlər başlanılıb. Teatr, kino, zoopark, əyləncə məkanları və idman obyektləri bağlanıb. Restoranlar ən geci 23:00-a qədər açıq olacaq. Sərt qaydalar yanvarın ortalarına qədər davam edəcək. Ölkədə yoluxmaların sayı sürətlə artır, rekord qırır və gündə 12 min yoluxmaya çatır. Yoluxmaların beşdə birini "omikron" variantı təşkil edir.
Böyük Britaniya
Yoluxmaların 60 faizini "omikron" variantı təşkil edir. "Yaxın günlərdə sunami kimi bir "omikron dalğası" ilə üzləşəcəyik" - Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid bildirib. Ölkədə bağlanma qərarı və sərt qaydalar davam edir.
Fransa
"Omikron" variantına qarşı mübarizə sürətlənir. Üçüncü peyvəndin vurulma müddəti 4 aya endirilib. Səhiyyə və yanğınsöndürmə işçiləri üçün üçüncü peyvənd tələbi tətbiq edilib. Bir neçə gün əvvəl 5 yaşdan 11 yaşa qədər olan uşaqların vaksinasiyasına başlanılıb. Yelisey sarayının ətrafında atəşfəşanlıq və Yeni il şənlikləri qadağan edilib.
Avropa İttifaqı
Avropa İttifaqının digər ölkələrində "omikron" variantı öz təsirini artırır. Peyvənddən geridə qalan ölkələr Rumıniya və Bolqarıstandır. Rumıniyada peyvənd nisbəti 40, Bolqarıstanda isə 30 faizdən aşağıdır. Avropa İttifaqı Komissiyası "omikron"un yanvar ayında bütün Avropada dominant variant olacağını açıqlayıb.
Aytən Məftun
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar
-
Nida Xəbər 12:24Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 11:48Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı - FOTO
















.jpg)







.jpg)


.jpg)











