Avropa israr edir: Moskva “başa düşmürəm” deyir
Bizi izləyin

Avropa

Avropa israr edir: Moskva “başa düşmürəm” deyir

Avropa israr edir: Moskva “başa düşmürəm” deyir

Avropalılar Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dördtərəfli formata çevrilməsində israr edirlər.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Müxtəlif baxış nöqtələri var, amma avropalılar bunun dördtərəfli formatda olmasını israr edirlər", - Peskov deyib.

O qeyd edib ki, üçtərəfli danışıqların bərpası üçün dəqiq tarixlər hələ müəyyən edilməyib.

Peskov əlavə edib ki, Rusiya hələ də Avropa nümayəndələrinin iştirakının danışıqlar prosesinə hansı "əlavə dəyər" gətirə biləcəyini anlamır.

"Avropa iştirakının hansı əlavə dəyər yarada biləcəyini, sülh prosesinə hansı əlavə töhfə verə biləcəyini hələ tam başa düşmürük", - Peskov deyib.

10-11 noyabr tarixlərində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Rusiya prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, görüşdə Avropa təhlükəsizlik arxitekturası əsas müzakirə mövzusu olub. O, həmçinin qeyd edib ki, tərəflər Rusiya ilə Ukrayna arasında yeni genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm