Avropa
Ukraynada müharibəni bu yolla dayandırmaq olar - İtaliya
Ukraynada müharibəni diplomatik yolla dayandırmaq mümkündür, lakin Qərb dövlətlərinin bu məsələdə bütün vasitəçilik cəhdləri Putinə görə uğursuzluğa düçar olub. Gələcəkdə atəşkəs şansının olması üçün Rusiya dinc əhalini atəşə tutmağı dayandırmalıdır.
Publika.az xəbər verir ki, bu fikri İtaliyanın Xarici İşlər naziri Luici Di Maio deyib.
"Diplomatiya işləyir, lakin bütün vasitəçilik cəhdləri Putinə görə uğursuzluğa düçar oldu. Zelenski dəfələrlə açıqlıq əlamətləri göstərib, lakin Putin həmişə onları rədd edib. Yol diplomatik həlldir, lakin atəşkəsə yalnız Rusiya ordusunun Ukraynanın mülki əhalisini bombalamağı dayandırdığı zaman nail olunacaq", - Di Maio “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
İtaliyanın XİN rəhbəri bəyan edib ki, Ukrayna Rusiya Federasiyasının əsassız təcavüzünə qarşı özünü müdafiə etmək hüququna malikdir. Onun sözlərinə görə, Roma öz səfirliyi vasitəsilə Moskva ilə diplomatik əlaqələri davam etdirir və gələcəkdə müharibənin sülh yolu ilə həllinə ümid edir.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO