Cinsi təcavüz ittihamı, karantində partilər və... - İSTEFA-ya gətirən səbəblər
Bizi izləyin

Avropa

Cinsi təcavüz ittihamı, karantində partilər və... - İSTEFA-ya gətirən səbəblər

Böyük Britaniyada siyasi böhran yaşanır.

Publika.az xəbər verir ki, son bir neçə gün ərzində ümumilikdə 50-yə yaxın siyasətçi hökumətdə tutduqları müxtəlif postları tərk edib. Artan narazılıq Baş nazir Boris Consonun istefaya getməyə razılaşmasına səbəb olub. Gün ərzində onun müvafiq açıqlama ilə çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Boris Conson hökumətini ilk tərk edənlər maliyyə naziri Rişi Sunaka və səhiyyə naziri Sacia Cavid olub. Daha sonra maliyə nazirinin katibi Helen Ueytli istefa verdiyini açıqlayıb. “Sky News”un məlumatına görə, 20-yə yaxın nazir müavini də istefa verib.

Bəs Boris Consondan əsas narazılıq nə ilə bağlıdır?

Baş nazir və onun hökumətindən narazılığın iki əsas səbəbi var. Bunlardan biri kişilərə cinsi təcavüzdə ittiham olunan xarici işlər nazirinin keçmiş müavini Kristofer Pinçerin yeni vəzifəyə təyin olunması ilə bağlıdır. Baş nazirdən narazılığın digər səbəbi 2020-2021-ci illərdə karantin rejimi zamanı şənliklərdə iştirakı ilə bağlı qalmaqaldır.

Bu səbəbdən iyulun 6-da Mühafizəkarlar Partiyasının deputatları baş nazirə etimadsızlıq səsverməsi keçirməyə cəhd ediblər, lakin bu cəhd uğursuz olub. 359 deputatdan 211-i (58,7% səs) baş naziri dəstəkləyib. Boris Conson dünən, iyulun 6-da ölkədəki böhran şəraitində istefa vermək fikrində olmadığını bildirmişdi. Bu gün isə onun istefa verməyə razılıq verdiyi açıqlanıb.

Səxavət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm