Zelenski bu ölkəni Putinlə HƏDƏLƏDİ
Bizi izləyin

Avropa

Zelenski bu ölkəni Putinlə HƏDƏLƏDİ

"Slovakiya Rusiya ilə münaqişədə Ukraynaya kömək etməlidir, əks halda ölkə Rusiya Prezidenti Vladimir Putinlə toqquşa bilər".

Publika.az "İnterfaks-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Mən onun xalqına əmin-amanlıq arzulayıram ki, onlar heç vaxt Putinin simasının nə olduğunu görməsinlər. Bizi dəstəkləməlidir, əks halda o da bunu (Putinin üzünü) çox yaxşı başa düşəcək”, - o, Slovakiyanın baş naziri Robert Ficoya mesaj göndərib.

Zelenski hesab edir ki, Rusiya Ukrayna üzərində qələbəsindən sonra Şimali Atlantika Alyansı ölkələrinə qarşı hərbi əməliyyatlara başlaya bilər .

Oktyabrın 17-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Zelenski Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) münaqişədə iştirakını rəsmiləşdirməyə çalışır, onun “planı” məhz buna yönəlib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm