Kim Çen In xüsusi təyinatlıları Ukraynaya göndərdi: Bu ölkə hərəkətə keçdi
Bizi izləyin

Avropa

Kim Çen In xüsusi təyinatlıları Ukraynaya göndərdi: Bu ölkə hərəkətə keçdi

Şimali Koreya Ukraynadakı müharibəyə xüsusi təyinatlılar da daxil olmaqla 12 min hərbçi göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya kəşfiyyatına istinadla məlumat yayıb.

Şimali Koreyanın 4 briqada yerləşdirməyə qərar verdiyi və artıq qoşunların hərəkətinə başlanıldığı bildirilir.

Cənubi Koreya prezidenti Yoon Seok-yeol Şimali Koreya qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakını müzakirə etmək üçün əsas kəşfiyyat, hərbi və milli təhlükəsizlik rəsmiləri ilə planlaşdırılmamış təhlükəsizlik toplantısı keçirib.

Bu görüşdə iştirak edənlər Şimali Koreya ilə Rusiya Federasiyasının yaxınlaşmasının “təkcə ölkə üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün ciddi təhlükəsizliyə təhlükə yaratdığı” fikrini bölüşüblər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm