Avropa
Aİ-dən Rusiyaya NÜVƏ XƏBƏRDARLIĞI: "Güclü hərbi cavab veriləcək"
"Rusiya Ukraynaya qarşı nüvə silahından istifadə edərsə, Qərb sərt cavab verəcək, lakin bu, nüvə zərbəsi olmayacaq".
Publika.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Brüggedə Avropa Diplomatik Akademiyasının açılışında çıxışı zamanı bildirib.
"Ukraynaya nüvə hücumu Avropa İttifaqı, ABŞ və NATO-nun reaksiyasına səbəb olacaq. O (cavab zərbəsi - red.) nüvə olmayacaq, lakin hərbi baxımdan onun gücü böyük olacaq", - Aİ rəsmisi deyib.
Diplomatın fikrincə, Qərbin hərbi cavabının miqyası Rusiya ordusunun məhvinə gətirib çıxaracaq.
Borel, həmçinin Rusiya prezidenti Vladimir Putinin Rusiyanın öz ərazisini “bütün mümkün vasitələrlə” müdafiə edəcəyini deyərkən blef etmədiyi barədə bəyanatına da işarə edib.
Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri deyib ki, Qərb ölkələri Ukraynada nüvə silahından istifadənin nəticələri barədə xəbərdarlıq edəndə də blef etmirlər.
O əlavə edib ki, bütün dünya Ukraynadakı münaqişənin bitməsində maraqlıdır.
Borelin fikrincə, Aİ respublikaya dəstək verməyə davam etməli və münaqişənin həlli üçün diplomatik yollar axtarmalıdır: "Hələlik belə yollar yoxdur".
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova oktyabrın 6-da bildirib ki, Vaşinqton və digər Qərb ölkələri Moskvanı günahlandırmaq üçün nüvə silahından istifadə ilə bağlı vəziyyəti gərginləşdirməkdə maraqlı ola bilərlər.
Hüseyn İbadlı
-
Dünya18:50Kiyevə kütləvi hava zərbələri: ölü sayı artdı - Yeniləndi
-
MDB17:38Sevastopolda muzeyə hücumu İngiltərə planlaşdırıb - SVR hesabatı açıqladı
-
Magazin217:00Məşhur cütlüyün 20 milyon dollarlıq toyu
-
Dünya16:47"Qazax şahzadəsi" ABŞ-da 35 milyonluq malikanəni cəmi 10 dollara aldı - FOTO
-
Rəsmi xronika15:44Prezident bu qanunda dəyişikliyi təsdiqlədi
-
Sosial14:58Şıx çimərliyində qalmaqallı görüntülər: Rəsmi qurum iddialara cavab verdi - VİDEO
-
Sosial14:36ƏƏSMN bu qədər şəxsi işlə təmin etdi
-
Kriminal13:05Bakıda qayınata gəlinini narahat edən şəxsi avtomobillə vuraraq öldürdü - YENİLƏNDİ



















.jpg)






.jpg)





.jpg)






