Avropa
Norveçdə HƏYƏCAN: 2 hava limanı şübhəli PUA-lara görə BAĞLANDI
Oktyabrın 19-da Norveçin ikinci böyük şəhəri Bergenin hava limanının fəaliyyəti iki saatdan çox müddətə dayandırılıb.
Publika.az xəbər verir ki, bu barədə "Blomberg" məlumat yayıb.
Bildirilib ki, buna səbəb erodrom yaxınlığında stasionar pilotsuz uçuş aparatı (PUA) olub.
Norveç hüquq-mühafizə orqanları bir neçə PUA-nın ola biləcəyini bildiriblər. Bergendəki hava limanı Norveçin əsas hərbi dəniz bazası - Şimali Avropanın ən böyük hərbi dəniz hərbi bazalarından biri olan Haakonsvern yaxınlığında yerləşir.
Həmçinin müvəqqəti olaraq bağlanmış kiçik Ferde daxili hava limanının yaxınlığında bir PUA-nın olduğu bildirilib. Polis şübhəlilərin hələ müəyyən edilmədiyini, lakin araşdırmalara başlanıldığını bildirib.
Xatırladaq ki, dörd rusiyalı Norveçdə gizli obyektlərin qeyri-qanuni fotoşəkillərini çəkməkdə şübhəli bilinərək həbs edilib. Həbslər ötən həftə baş tutub.
Norveç polisi bir rusu Tromso hava limanında saxlayıb və onu PUA idarə etməkdə ittiham edib.
Hüseyn İbadlı
-
Sosial08:24Pensiya ilə bağlı vacib məlumat - 30 min manatı tez almaq üçün…
-
Hadisə06:16Qəfil vəfat edən Leysan tanınmış ailənin övladı imiş
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək




























.jpg)











