Avropa
Britaniyanın baş naziri postuna ilk namizədin adı AÇIQLANDI
Britaniya İcmalar Palatasının lideri Penni Mordont baş nazir postuna və Mühafizəkarlar Partiyasının lideri postuna namizədliyini rəsmən elan edən ilk namizəd olub.
Bu barədə Publika.az xanım siyasətçinin "Twitter"inə istinadən xəbər verir.
"Məni yeni həyata başlamaq, vahid partiya yaratmaq, milli maraqlar çərçivəsində liderlik etmək istəyən həmkarlarımın dəstəyi ruhlandırıb. Ölkəmizi birləşdirmək, vədlərimizi yerinə yetirmək və növbəti seçkidə qalib gəlmək üçün Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olmaq üçün namizədliyimi irəli sürürəm", - Mordont deyib.
Qeyd edək ki, o, Boris Consonun istefasından sonra seçki yarışında iştirak etsə də, yekun səsvermədən əvvəl sıradan çıxıb.
Xatırladaq ki, bu gün müdafiə naziri Ben Uolles baş nazir postu uğrunda mübarizədən imtina edib. Amma eyni zamanda o, Boris Consonun namizədliyini dəstəkləyəcəyini açıq şəkildə bildirib.
Conson və onun kabinetindəki keçmiş maliyyə naziri, son seçkidə Liz Trassa məğlub olan Rişi Sunakın yarışa liderlik etdiyi deyilir .
Hüseyn İbadlı
-
Milyonçu12:19Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdilər - Siyahıda kimlər var?
-
Sağlamlıq11:45Tənhalıq sadəcə psixoloji hal deyilmiş: Orqanizmə vurduğu ağır zərbələr
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Avropa10:42Almanlar niyə Rusiyaya sığınırlar? - Şok statistika
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO
-
Nəqliyyat08:48Bakı-Tbilisi qatarına biletlər 30 faiz ucuzlaşdı
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO















.webp)









.jpg)










.jpg)

.jpg)