İsveçdən Türkiyə AÇIQLAMASI: Onlar hədəfə alınır...
Bizi izləyin

Avropa

İsveçdən Türkiyə AÇIQLAMASI: Onlar hədəfə alınır...

"Türkiyə terrora qarşı özünümüdafiə hüququna malikdir".

Publika.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristerson deyib.

O, parlamentdə Yaşıllar Partiyasının həmsədri Marta Stenevinin Türkiyənin Suriyanın şimalında başlatdığı “Pəncə-Qılınc" antiterror hava əməliyyatının narahatlığa səbəb olması və Prezident Rəcəb Tayyib Ərdoğanı niyə tənqid etmədiyi sualına cavabında bu barədə danışıb.

U.Kristerson Türkiyənin özünü terror hücumlarından özünümüdafiə hüququ olduğunu vurğulayıb.

Bütün tərəfləri təmkinli olmağa çağıran Kristerson sakit rəftar edərək, mülki əhalinin və mülki obyektlərin hərbi təhlükəyə məruz qalmamasının vacibliyini vurğulayaraq deyib:

"Suriyanın şimalında vəziyyət çox mürəkkəbdir. Bu, bir tərəfdən İŞİD terror təşkilatı ilə mübarizədir. Digər tərəfdən isə etiraf etmək lazımdır ki, Türkiyə terror hücumlarına məruz qalan bir ölkədir. Bunu da qeyd etməliyik ki, Türkiyənin özünü bütün terror hücumlarına qarşı müdafiə etmək hüququ var. Beynəlxalq aləm Türkiyəni başa düşməlidir. Dünyanın Türkiyəyə zərər verən terror aktlarının digər ölkələrə zərər verən terror aktları qədər pis olduğunu qəbul etməsi üçün səbəblər var. İsveçdə terrorun müxtəlif formalarında iştirak edən və terrorla əlaqəli fəaliyyətləri maliyyələşdirən insanlar hədəfə alınmır. Türkiyə hədəfə alınır. Biz müəyyən etdik ki, İsveç bunlar üçün təhlükəsiz bir sığınacaq ölkə olmamalıdır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm